Tunis yığmasının yeni baş məşqçisi bilindi

Tunis yığmasının yeni baş məşqçisi bilindi

Dünya çempionatının iştirakçılarından olan Tunis yığmasının yeni baş məşqçisinin adı bəlli olub.

Fanat.Az xəbər verir ki, ilk turda İsveçə məğlubiyyətə (1:5) görə istefaya göndərilən Sabri Lyamuşini tanınmış fransalı mütəxəssis Herve Renar əvəzləyib.

Məlumatı Tunis Futbol Federasiyasının mətbuat xidməti yayıb. 

Renar daha əvvəl Səudiyyə Ərəbistanı, həmçinin Fransanın qadınlardan ibarət millilərini çalışdırıb.

Qeyd edək ki, F qrupunda yer alan Tunis növbəti oyununu iyunun 21-də Yaponiyaya qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər