"Zirə"nin Konfrans Liqasındakı rəqibi müəyyənləşdi

"Zirə"nin Konfrans Liqasındakı rəqibi müəyyənləşdi

UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə birinci təsnifat mərhələsinin püşkü atılıb. 

Fanat.Az xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə ilk mərhələdəki təmsilçimiz “Zirə”nin də rəqibi bilinib. 

Püşk Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanı “Torpedo” (Gürcüstan) ilə qarşılaşdırıb.   Xatırladaq ki, UEFA Konfrans Liqasında birinci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər