"Zirə" - "Hayduk" oyununa neçə bilet satılıb? - SON DURUM

"Zirə" - "Hayduk" oyununa neçə bilet satılıb? - SON DURUM

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 23-də Bakıda keçiriləcək "Zirə" - "Hayduk" matçına bilet satışı davam edir.

"Qartallar"ın sözçüsü Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, bu saata qədər 3200 bilet alınıb.

Daha öncə "Hayduk"u Azərbaycanda reallaşacaq qarşılaşmada 400-450 qonaq azarkeşin dəstəkləyəcəyi bəlli olub. 

Xatırladaq ki, "Zirə" - "Hayduk" görüşü "Neftçi Arena"da gerçəkləşəcək. Tərəflərin cavab oyunu iyulun 31-də Spilit şəhərində baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər