"Zirə" minifutbol üzrə Azərbaycan çempionatının qalibi oldu

"Zirə" minifutbol üzrə Azərbaycan çempionatının qalibi oldu

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.

Fanat.Az xəbər verir ki, final oyununda "Zirə" "Birbaşa Bakı" ilə üz-üzə gəlib.

Bakı Tennis Akademiyasındakı qarşılaşmada "Zirə" 4:1 hesablı qələbəyə sevinib.

Daha əvvəl "Aznur" üçüncü yer uğrunda görüşdə "Sumqayıt"ı üstələyib - 6:4.

Beləliklə, "Zirə" qızıl, "Birbaşa Bakı" gümüş, "Aznur" bürünc mükafata sahib çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər