"Zirə" Konfrans Liqasını qalib tərk etdi

"Zirə" Konfrans Liqasını qalib tərk etdi

UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən, tarixində ilk dəfə pley-offda iştirak edən "Zirə" artıq növbəti oyununa çıxıb. 

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv cavab matçında Bakıda Kiprin "Omoniya" klubu ilə üz-üzə gəlib. Nikosiyadakı ilk oyunda 6 cavabsız qolla məğlub olan təmsilçimiz cavab matçında minimal hesabla qalib gəlib. Beləliklə, avrokubokla vidalaşan "Zirə" "qapını möhkəm çırpıb"

UEFA Konfrans Liqası Pley-off mərhələsi, cavab oyunu 29 avqust

"Zirə" - "Omoniya" (Kipr) 1:0 Qol: Rafael Utziq, 79.

"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 7. Məqsəd İsayev, 15. Pyer Zebli, 29. Ceyhun Nuriyev, 6. Eldar Quliyev, 90. Davit Volkov, 19. Salifu Suma, 23. Rafael Utziq

Ehtiyat oyunçular: 15. Aydın Bayramov, 99. Səlim Həşimov, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 11. Rüstəm Əhmədzadə, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 28. Abbas İbrahim

Baş məşqçi: Rəşad Sadıqov

"Omoniya": 40. Fabiano (k), 24. Amin Xammas, 4. Filip Helander, 5. Senu Kulibali, 2. Alfa Dinku, 11. Evandro, 20. Mateo Mariç, 80. Novika Erakoviç, 21. Veliko Simiç, 10. Ömər Atzili, 9. Andronikos Kakulli

Ehtiyat oyunçular: 23. Frankis Uzoho, 98. Karalambos Kriakidis, 7. Villi Semedo, 14. Marius Ştepinski, 17. Yoannis Masuras, 22. Adam Lanq, 31. Yoannis Kosulos, 33. Mateus Musialovski, 74. Panagiotis Andreu, 81. Andreas Nikolao, 85. Anxelos Nofitu, 99. Alium Sayduu

Baş məşqçi: Valdas Dambrauskas

Hakimlər: Raymond Tatrix, Artur Şakurov, Aleksandr Anufriyev Mərdəkan. "Liv Bona Dea Arena".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər