"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Estoniya "Payde"si ilə səfər matçına çıxacaq "Zirə"nin heyəti ilə bağlı son vəziyyət bəllidir.

"Qartallar"ın sözçüsü Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, hazırda komandada cəzalı və ya zədəli oyunçu yoxdur.

Klub rəsmisi Rəşad Sadıqovun çalışdırdığı kollektivin meydan sahiblərinə qarşı oyuna tam heyətlə hazırlaşdığını bildirib.

İyulun 23-də Estoniyadakı Parnu şəhərində keçiriləcək "Payde" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər