Növbəti mövsüm Azərbaycan I Liqasında çıxış etmək uğrunda son iştirakçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu məqsədlə keçirilən pley-off matçında başa çatan mövsümdə I Liqanı 9-cu yerdə bitirən "Şimal" ilə II Liqanın ikincisi olan "Qaradağ Lökbatan" qarşılaşıb.
Görüş Şamaxıda reallaşıb. Saat 16:00-da başlayan oyunu FİFA referisi Kamal Umudlu idarə edib. VAR sisteminin tətbiqi ilə gerçəkləşən dueldə hesabı "Qaradağ Lökbatan" açsa da, sona yaxın 2 qol vuran "Şimal" geridönüşlə qələbə qazanıb və 1-ci Liqada qalıb.
Azərbaycan I Liqası Pley-off oyunu 27 may
“Şimal” – “Qaradağ Lökbatan” 2:1
Qollar: Rüstəm Hümbətov, 85. Rəvan Abasov, 90+3 - Rövşən Şahmuradov, 75 Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov. VAR: Fərid Hacıyev, Şirmamed Mamedov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. Şamaxı şəhər stadionu.