"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

Rusiyanın "Akron" klubu tanınmış futbolçu ilə müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, Premyer Liqa klubu serbiyalı hücumçu Slobodan Tediçin transferini rəsmən açıqlayıb. 

Tolyatti təmsilçisi 26 yaşlı hücumçu ilə dörd illik müqavilə imzalayıb. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Tediç karyerası ərzində "Çukariçka", İngiltərənin "Çarlton" və "Barnsli" klublarında, eləcə də Niderlandın "Zvolle" komandasında oynayıb. O, 2020-2024-cü illərdə "Mançester Siti"yə məxsus olub, amma bu illər ərzində bir neçə dəfə icarəyə verilib.

Hücumçu ötən mövsüm "Çukariçki" komandasında bütün turnirlərdə 36 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər