"Mançester Siti"dən daha iki futbolçu ayrılacaq - Adlar

"Mançester Siti"dən daha iki futbolçu ayrılacaq - Adlar

"Mançester Siti" yay "transfer pəncərəsi"ndə heyətdə təmizlik işləri aparmağı planlaşdırır. 

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Bernardu Silva ilə Con Stounz komandadan ayrılacaq yeganə futbolçular olmayacaq. 

"Football Insider"-in məlumatına görə, Omar Marmuş və Ticani Reynders də mövsümün sonunda "Mançester Siti"dən ayrılacaqlar. 

Marmuş bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Reynders isə 44 oyunda iştirak edib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, son turda lider "Arsenal"ı 2:1 hesabı ilə yenərək xal fərqini 3-ə endirən "Mançester Siti"nin ehtiyatda 1 oyunu da var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər