"Liverpul" ən yaxşı oyunçusunun adını açıqladı

"Liverpul" ən yaxşı oyunçusunun adını açıqladı

"Liverpul" ötən mövsümün ən yaxşı oyunçusunu seçib.

Fanat.Az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Mersisaydlılarn macar yarımmüdafiəçisi Dominik Soboslai birinci yerə layiq görülüb.  

O, başa çatan mövsümdə "Liverpul"un heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 13 qol vurub və 12 məhsuldar ötürmə edib. 

"Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 100 milyon avrodur. Soboslainin hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Cari mövsümün sonunda "Liverpul" 60 xalla Premyer Liqada beşinci yeri tutub. 

Dominik Şoboslai 2023-cü ildən Mersisayd klubunda oynayır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər