"Braziliyada onu əvəz edəcək futbolçular var"

"Braziliyada onu əvəz edəcək futbolçular var"

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti Misirlə yoldaşlıq oyununda (2:1) zədələnən müdafiəçi Ueslinin durumu barədə danışıb.

Fanat.Az xəbər verir ki, "Globo" italiyalı mütəxəssisin fikirlərini belə təqdim edib:

"Tibb qrupu ətraflı müayinədən sonra diaqnoz qoyacaq. Onun əzələ problemləri var idi, diaqnozu gözləməliyik. Milli komandada onu əvəz edə biləcək oyunçular var". 

"Roma"nın 22 yaşlı futbolçusu 17-ci dəqiqədə qasıq nahiyəsindəki ağrı səbəbindən oyunu davam etdirə bilməyərək əvəzlənib və ehtiyat oyunçular skamyasında ağlayıb.

"Braziliyada onu əvəz edəcək futbolçular var"

Xatırladaq ki, 11 iyunda başlayacaq DÇ-2026-da Braziliya millisi C qrupunda Şotlandiya, Haiti və Mərakeşə rəqib olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər