"Bayern"dən ayrılan Qoretskanın yeni klubu bilindi - SON DURUM

"Bayern"dən ayrılan Qoretskanın yeni klubu bilindi - SON DURUM

"Bayern Münhen"i tərk edən yarımmüdafiəçi Leon Qoretskanın yeni klubu bilinib. 

Fanat.Az xəbər verir ki, "Çikaqo Fayr" Almaniya millisinin üzvünü heyətinə qatmağa yaxındır.

Məlumatı "The Athletic" yayıb. 31 yaşlı futbolçu ilə "Milan", "Yuventus" və "İnter"in də maraqlandığı, ancaq MLS təmsilçisi onun keçidində daha israrlı olduğu bildirilir.

Qoretska ötən mövsüm Bundesliqada "Bayern"in heyətində 31 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. 

31 yaşlı Qoretska 2018-ci ildən "Bayern"də idi. O, Münhen təmsilçisinin heyətində 7 dəfə Bundesliqanın (2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025, 2025/2026), 3 dəfə Almaniya Kubokunun (2018/2019, 2019/2020, 2025/2026), 4 dəfə Almaniya Superkubokunun (2018, 2020, 2021, 2025), UEFA Çempionlar Liqasının (2019/2020), UEFA Superkubokunun (2020) və klublararası dünya çempionatının (2020) qalibi olub.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər