"Bayern Münhen" gənc ulduzunu itirdi - RƏSMİ

"Bayern Münhen" gənc ulduzunu itirdi - RƏSMİ

"Bayern Münhen"in yarımmüdafiəçisi Lennart Karl zədələnib. 

Fanat.Az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb. 

Tibbi müayinədən sonra 18 yaşlı oyunçuya sağ bud əzələsində yırtıq diaqnozu qoyulub. Karl bir müddət yaşıl meydanlardan kənarda qalacaq, lakin dəqiq sağalma vaxtı açıqlanmayıb. 

Karl bu mövsüm bütün turnirlərdə 36 oyunda iştirak edib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. 

"Bayern" Almaniya Bundesliqasının 29-cu turu çərçivəsində aprelin 11-də səfərdə "Sankt-Pauli" ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər