"Bayer Leverkuzen" alman futbolunun yeni ulduzunu heyətinə cəlb etdi

"Bayer Leverkuzen" alman futbolunun yeni ulduzunu heyətinə cəlb etdi

Almaniya futbolunun ən perspektivli gənclərindən sayılan Kennet Ayxhornun yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Herta Berlin" klubunun 16 yaşlı vunderkindi karyerasını Bundesliqa nəhənglərindən olan "Bayer"də davam etdirəcək.

Klubun mətbuat xidməti bu keçidi rəsmən elan edib. O, Leverkuzen klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Eyxhorn yeni komandasında 18 nömrəli formanı geyinəcək.

"Liverpul" başda olmaqla, Avropanın bir çox klubunun radarında olan istedadlı futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğinin təxminən 10-12 milyon avro civarında olduğu bildirilir. 

Gənc yarımmüdafiəçi ötən mövsüm 2-ci Bundesliqada "Herta"nın əsas komandasında 19 rəsmi oyunda iştirak edib və 2 qol vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər