"Barselona" Raşfordla bağlı qərarını qətiləşdirdi - SON DURUM

"Barselona" Raşfordla bağlı qərarını qətiləşdirdi - SON DURUM

Markus Reşford "Mançester Yunayted"ə qayıdır.

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb. 

Mənbənin məlumatına görə, "Barselona" hücumçunu icarə müddətinin sonunda 30 milyon avroluq satınalma bəndini aktivləşdirməmək qərarına gəlib. Baxmayaraq ki, müvafiq seçim gələn bazar ertəsinə qədər açıqdır.

"Barselona"nın qərarına Entoni Qordonun "Nyukasl"dan transferindən əlavə, Reşfordun zəif müdafiə oyunu, yaşı və yüksək maaşı da təsir edib. Kataloniyalıların baş məşqçisi Hans-Diter Flikin fikri həlledici olub.

Reşford 2025/26 mövsümündə "Barselona"nın heyətində bütün turnirlərdə 49 oyun keçirib, 14 qol vurub və 14 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər