Polşalı yarımmüdafiəçi "Zirə"də?

Polşalı yarımmüdafiəçi "Zirə"də?

"Zirə" polşalı yarımmüdafiəçi Patrik Lipski ilə bağlı fikrini dəyişib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı orta xətt oyunçusunun "qartallar"ın sıralarına cəlb edilmək ehtimalı olsa da, baş məşqçi Rəşad Sadıqov bu variant üzərində dayanmamaq qərarına gəlib.

Lipski son mövsümü Kiprin "Etnikos" klubunda keçirib.

Xatırladaq ki, "Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) üz-üzə gələcək. Komandalar arasında ilk oyun iyulun 23-də Bakıda, cavab matçı iyulun 31-də Spilit şəhərində keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər