Osimhen İngiltərə yolunda - "Qalatasaray" ulduzuna qiymət qoydu

Osimhen İngiltərə yolunda - "Qalatasaray" ulduzuna qiymət qoydu

"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sporx" yayıb.

Mənbə ulduz hücumçu ilə "Çelsi"nin ciddi maraqlandığını bildirib. Düzdür, "Qalatasaray"a hələ rəsmi təklif göndərilməyib, lakin London nəhənginin futbolçunun nümayəndələri ilə ilkin razılığa gəldiyi bildirilir. İstanbul klubu da durumdan məlumatlıdır və oyunçusunu 150 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, 2024-cü ilin sentyabrından Türkiyə klubunda çıxış edən forvard bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 33 oyuna çıxaraq 22 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər