Nəriman Axundzadə oynadı, komandası darmadağınla 1/8 finala adladı

Nəriman Axundzadə oynadı, komandası darmadağınla 1/8 finala adladı

Azərbaycan millisinin və "Kolambus Kryu" komandasının hücumçusu Nəriman Axundzadə ABŞ-də növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, 21 yaşlı hücumçu ABŞ Açıq Kubokunun 1/16 final mərhələsində "Riçmond Kikers" ilə qarşılaşmanın iştirakçısı olub.

21 yaşlı forvard səfərdə baş tutan oyuna start heyətində başlayıb və matçı əvəzolunmadan başa vurub.

Milli komandamızın üzvü komandasının ilk qolunda iştirak edib. Onun cinahda Marselo Errera ilə qurduğu hücumu Yuqo Pikar qola çevirib.

Görüş Nərimanın komandasının 3:0 hesablı qələbəsi ilə bitib. 

“Kolambus Kryu” 1/8 finalda "One Knaxville" ilə qarşılaşacaq. Sözügedən oyun 30 apreldə baş tutacaq.

Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər