Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

Mourinyunun ilk qurbanı bilindi - Rəhbərlikdən bu ulduzun satılmasını istədi

"Real Madrid" düşərgəsində səs-küylü ayrılıq gözlənilir.

Fanat.Az xəbər verir ki, "El Nacional" "kral klubu"nun fransız yarımmüdafiəçisi Eduardo Kamavinqanın mümkün gedişinə qapı açdığını iddia edib.

Mənbənin məlumatına görə, 23 yaşlı futbolçu hazırkı transfer pəncərəsində Madriddən ayrıla biləcək oyunçular siyahısına salınıb. Belə qəfil qərar birbaşa Joze Mourinyunun "Los Blancos"a baş məşqçi kimi qayıdışı ilə əlaqəlidir. Portuqaliyalı məşqçi taktiki baxışlarına uyğun heyətdə böyük bir dəyişiklik planlaşdırır və Kamavinqa buna uyğun gəlmir.

Madrid klubunun rəhbərliyi artıq fransız futbolçunun transfer qiymətini müəyyənləşdirib. Belə ki, İspaniya nəhəngi 50 milyon avrodan 80 milyon avroya qədər rəsmi təklifləri nəzərdən keçirməyə hazırdır. 

Qeyd edək ki, Kamavinqa bu mövsüm "Real Madrid"də 43 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər