Misirdən tarixi nəticə: "Fironlar" bunu 100 ildən çoxdur arzulayırdı

Misirdən tarixi nəticə: "Fironlar" bunu 100 ildən çoxdur arzulayırdı

Misir milli komandası DÇ-2026-nın 2-ci turunnda Yeni Zelandiyanı (3:1) məğlub edərək tarixi nəticəyə imza atıb. 

Fanat.Az xəbər verir ki, bu, "fironlar"ın mundiallarda ilk qələbəsi olub. 

Ümumilikdə, bu, onların qatıldığı dördüncü dünya çempionatıdır.

Misir bu səviyyədə yarışda debütünü 1934-cü ildə edib. O vaxt afrikalılar 1/8 finalda Macarıstana 2:4 hesabı ilə məğlub olmuşdular. Komanda daha sonra 1990 və 2018-ci illərdə dünya çempionatlarında iştirak edib. Lakin orada da qələbə qazana bilməyiblər.

Yeni Zelandiya ilə oyun "fironlar"ın dünya çempionatında doqquzuncu oyunu idi. Afrika təmsilçisi bu görüşlərdə üç dəfə heç-heçə etmiş, beş dəfə məğlub olmuşdular.

Beləliklə, misirlilər artıq pley-offa vəsiqəni faktiki olaraq təmin ediblər. İki turdan sonra sözügedən komandanın dörd xalı var və onlar G qrupuna liderlik edirlər.

Qeyd edək ki, Misir millisi 1920-ci ildə Belçikada keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək üçün yaradılan ilk Afrika futbol yığmasıdır. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər