Mərakeş millisinin ulduzu Almaniya nəhəngində - Fabritsio Romano açıqladı

Mərakeş millisinin ulduzu Almaniya nəhəngində - Fabritsio Romano açıqladı

Mərakeş millisinin və PSV-nin oyunçusu İsmael Saybari klubunu dəyişir.

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi karyerasını "Bayern Münhen"də davam etdirəcək.

Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. Transferin dəyəri 55 milyon avrodur. Tərəflər arasında artıq bütün şərtlər razılaşdırılıb. Oyunçu ABŞ-da tibbi müayinədən keçməlidir, bundan sonra transfer rəsmi olaraq başa çatacaq.

Saybari bu mövsüm Erediviziyada parlaq mövsüm keçirib. O, 37 oyunda 19 qol vurub və 9 məhsuldar ötürmə edib. Nəticədə İsmael Niderland liqasının ən yaxşı oyunçusu elan olunub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər