Maldini İstanbul nəhənginə keçməyə yaxındır - Özü açıqladı

Maldini İstanbul nəhənginə keçməyə yaxındır - Özü açıqladı

İtaliya futbolunun əfsanəsi Paolo Maldini Türkiyənin "Fənərbağça" klubunda işə düzələ bilər. 

Fanat.Az xəbər verir ki, o, klubun potensial prezidenti Hakan Safi ilə fəal danışıqlar aparır. 

Onlar Budapeştdə keçirilən Çempionlar Liqasının finalında birlikdə görüntüləniblər. 

"Biz çox yaxşı dostuq. Tez-tez görüşür və futbol haqqında müzakirələr aparırıq. Cənab Şafi mənim Milandakı işimə çox heyran qalıb. Və biz "Fənərbağça"nın gələcəyi ilə bağlı fikirlərimizdə ortaq məxrəc axtarırıq", - "Pianetamilan.it" Maldininin fikirlərini belə çatdırıb. 

Xatırladaq ki, Paolo Maldini təxminən üç il əvvəl, 2023-cü ilin iyun ayının əvvəlində İtaliyanın "Milan" klubundan istefaya göndərilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər