“Zirə”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın “Dunayska Streda” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA avqustun 1-də Dunayska Stredada təşkil olunacaq görüşü Şimali Makedoniyadan olan hakimlər briqadasına həvalə edib:
1 avqust
Dunayska Streda – Zirə DAC Arena. Saat 22:30 Baş hakim: Yovan Kaçevski Baş hakimin köməkçiləri: Slaqjan Markoski, Branko Putilin Dördüncü hakim: İvana Proykovska (Hakimlər briqadası Şimali Makedoniyadandır)