“Zirə”nin potensial rəqibləri bilindi

“Zirə”nin potensial rəqibləri bilindi

UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. 

Fanat.Az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Zirə”nin də potensial rəqibləri bəlli olub.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk raundda Moldova “Şerif”ini üstələməyi bacarsa, II təsnifat mərhələsində “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. “Şerif” – “Zirə” cütünün qalibi birinci görüşünü evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər