“Zirə”nin avrokubok oyununun biletləri satışda

“Zirə”nin avrokubok oyununun biletləri satışda

UEFA Konfrans Liqasının “Zirə” - “Osiyek” (Xorvatiya) oyununun biletləri satışa çıxarılır.

Fanat.Az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti açıqlama yayıb.

III təsnifat mərhələsində keçiriləcək görüşün biletləri bu gün – avqustun 12-si saat 12:00-dan satışa çıxarılacaq. Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Azarkeşlər biletləri “Zirə İdman Kompleksi”, “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, “Zirə” – “Osiyek” oyunu avqustun 15-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər