KL: "Zirə"nin potensial rəqibi müəyyənləşdi

KL: "Zirə"nin potensial rəqibi müəyyənləşdi

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin daha iki oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, dünən start götürən cavab görüşləri çərçivəsində baş tutan qarşılaşmalar Qazaxıstanda və Macarıstanda oynanılıb.

“Zirə”nin pley-offdakı mümkün rəqibi məhz Macarıstanda bəlli olub. Bu mövsüm "Sumqayıt"ı mübarizədən kənarlaşdıran “Fehervar” “Omoniya” ilə revanş matçına çıxsa da, yenə meydandan məğlub ayrılıb. Beləliklə, "Zirə" sabah pley-offa yükaəlsə, qrupa düşmək üçün "Omoniya" ilə münasibətlərinə aydınlıq  gətirməli olacaq.

Günün digər qarşılaşmasında isə "Astana" Rumıniya "Hunedoara"sının "daşını daş üstə qoymayıb".

Qeyd edək ki, mərhələyə sabah yekun vurulacaq.

UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsi, cavab oyunları 14 avqust

Astana (Qazaxıstan) - Hunedoara (Rumıniya) 6:1 İlk oyun - 2:1

Fehervar (Macarıstan) - Omoniya (Kipr) 0:2 İlk oyun – 0:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər