KL: "Zirə" Litva və Estoniya komandalarının güclüsü ilə qarşılaşa bilər

KL: "Zirə" Litva və Estoniya komandalarının güclüsü ilə qarşılaşa bilər

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Zirə"nin ikinci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Fanat.Az xəbər verir ki, "qartallar" birinci təsnifat mərhələsində Gürcüstan "Torpedo"sunu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Konfrans Liqasında ikinci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər