İtaliya dünya çempionatına buraxıla bilər - İDDİA

İtaliya dünya çempionatına buraxıla bilər - İDDİA

Beynəlxalq Futbol Federasiyası İttifaqı (FİFA) İran milli komandasının ABŞ və İsrail ilə gərginləşən münaqişə səbəbindən qarşıdan gələn dünya çempionatından kənarlaşdırılması halında ehtiyat planı hazırlamağa başlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Goal" yayıb. 

Mənbənin məlumatına görə, prioritet variantlardan biri xüsusi qitələrarası pley-offun keçirilməsidir.

Avropa və Asiyadan ilk iki yeri tutan, birbaşa vəsiqə qazana bilməyən komandalar mini-turnirdə iştirak edə bilərlər. 

Həmçinin, FİFA-nın yüksək reytinqinə görə İtaliyanın boş qalan Avropa yeri üçün əsas namizəd olduğu da bildirilir.

2026-cı il Dünya Kuboku gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnir 11 iyun - 19 iyul tarixlərində davam edəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər