İstanbul nəhəngi 71 milyonluq transferin astanasında

İstanbul nəhəngi 71 milyonluq transferin astanasında

Türkiyə Superliqasında növbəti mövsüm üçün iddialı heyət qurmaq istəyən "Qalatasaray" transfer bazarını lərzəyə gətirəcək addım atıb.

Fanat.Az xəbər verir ki, "Cim-Bom" "Mançester Yunayted"in portuqaliyalı kapitanı Bruno Fernandesin transferi üçün hərəkətə keçib.

İstanbul təmsilçisi 31 yaşlı ulduz pleymeyker üçün ilk rəsmi təmasları qurub. Lakin bu transferin reallaşması maliyyə baxımından "sarı-qırmızılılar" üçün kifayət qədər çətin görünür. Belə ki, "Mançester Yunayted" rəhbərliyi müqavilə ilə komandaya bağlı olan Bruno Fernandes üçün tam 50 milyon avro bonservis haqqı tələb edir.

Portuqaliyalı yarımmüdafiəçinin şəxsi istəyi də "Qalatasaray" rəhbərliyini ciddi şəkildə düşündürür. Bazar dəyəri 35 milyon avro olan futbolçunun Türkiyədə oynamaq üçün illik maaş tələbi düz 21 milyon avrodur. "Qalatasaray"ın bu astronomik rəqəmlər qarşısında necə bir strategiya izləyəcəyi və transfer pəncərəsində şərtləri aşağı salıb-salmayacağı maraqla gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər