İspaniya futbolunda qalmaqal - Klub rəhbərliyi La Liqadan düşəcəklərinə pul qoyuluşu edib

İspaniya futbolunda qalmaqal - Klub rəhbərliyi La Liqadan düşəcəklərinə pul qoyuluşu edib

"Osasuna" klubunun sahibləri son turdan əvvəl komandalarının La Liqadan düşəcəyinə mərc ediblər.

Fanat.Az xəbər verir ki, qalmaqallı məlumatı "Marca" yayıb.

Mənbənin məlumatına görə, klub rəhbərliyi komandanın elitadan düşməsinə 1,3 milyon dollar pul qoyuluşu ediblər.

Klub bunu təsdiqləyərək "Howden" şirkəti ilə "düşmə sığortası" bağladıqlarını açıqlayıb. Yəni Sequndaya düşəcəkləri halda, heç olmasa, maddi itkilərinin bir qismini qarşılaya bilsinlər. Mümkün düşmə halında klubun gəliri 6 milyon avro olmalı idi. Klub həmçinin bildirib ki, La Liqa rəhbərliyi müqavilənin bütün detallarından xəbərdardır.

Maraqlıdır ki, "Osasuna" son turda səfərdə "Xetafe"yə 0:1 hesabı ilə uduzsa da, "Elçe" ilə matçda (1:1) üç xal qazana bilməyən "Jirona"nın uğursuzluğu sayəsində La Liqadakı yerini qoruyub saxlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər