İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

FIFA prezidenti Canni İnfantinoardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya millisinin uğursuzluğuna istehza edib.

Fanat.Az xəbər verir ki, "Eurosport.it" beynəlxalq futbol qurumunun başçısının dediklərini belə çatdırıb: 

"FIFA Şurasında biz artıq DÇ-nin daha da genişləndirilməsi, 64 komandaya çatdırılmasını müzakirə etmişik. Lakin hazırda əsas prioritet mövcud turnirin - yeni 48 komandalı formatda keçirilməsinə davam etməkdir.

Ola bilsin ki, 64 komanda olanda İtaliya yenə də turnirə vəsiqə qazanacaq. Əks təqdirdə, sayı 208 komandaya qaldırmalıyıq" (gülür).

Qeyd edək ki, hazırda 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundial davam edir. İyunun 11-də start götürən dünya çempionatına 19 iyulda yekun vurulacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər