Bu gün Azərbaycan II Liqasında XXII tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə 3 matç baş tutacaq.
Əvvəlcə lider "Xankəndi" Bakıda "Dinamo"nu sınağa çəkəcək. Qarabağ təmsilçisi öz meydanında qalib gələrək üstünlüyünü artırmaqla yanaşı, əsas izləyicisi "Qaradağ Lökbatan"ın "Quba" ilə matçda xal itirməsinə ümid edəcək.
Nəhayət, turun daha bir görüşündə “Şəki Siti” ilə “Ağstafa Gəncləri” münasibətlərinə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında "Araz Saatlı" evdə "Göygöl"ə uduzub (1:2).
“Ağdaş” öz meydanında “Kür-Araz”ı məğlub (1:0) edib.
"Şəmkir" - "Şirvan" matçının taleyini isə 1 qol həll edib. Şirvanlılar minimal hesabla qalib gələrək 3 xala sevinən tərəf olublar
Azərbaycan II Liqası II tur 14 aprel
“Xankəndi” – “Dinamo” Hakimlər: Ceyhun Hüseynov, Məmmədəli Kərimov, Ruslan Babayev, Hacıağa Həsənov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Azər Əsgərov "Palms Sports Futbol Mərkəzi" (IV meydança), 13:00
“Qaradağ Lökbatan” – “Quba” Hakimlər: Səbuhi Bayramov, Sevda Nuriyeva, Tural Bayramov, Rasim Musayev Hakim-inspektor: Şahin Cəfərov AFFA nümayəndəsi: Nəriman Axundov Lökbatan. Olimpiya İdkan Kompleksinin stadionu, 16:00
“Şəki Siti” – “Ağstafa Gəncləri” Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rizvan Süleymanov, Kamil Aydınov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu, 16:00