Azərbaycan II Liqasında XXIII tur davam edir.
Fanat.Az xəbər verir ki, "6-lığ"ın ilk oyunlarına bu gün yekun vurulacaq.
Liderlər ikinci oyun günündə meydana çıxacaqlar. "Xankəndi" "Dinamo"nu, "Qaradağ Lökbatan" isə ""Şəmkir"i qəbul edəcək. Bürünc medallar uğrunda mübarizə aparan "Şirvan" və "Quba" isə ikincilərin meydanında üz-üzə gələcəklər.
Turun ötən gün baş tutan görüşlərində "Ağstafa Gəncləri" "Ağdaş"ı səfərdə 1:0, "Kür-Araz" isə "Göygöl"ü evdə 2:0 hesabı ilə üstələyib.
Azərbaycan II Liqası XXIII tur 20 aprel
“Xankəndi” – “Dinamo” Hakimlər: Niyaz Əhmədov, Vüqar Bayramov, Sevda Nuriyeva, Samir Musayev Hakim-inspektor: Anar Salmanov AFFA müalicə: Bəhram Qurbanov Şamaxı OİK stadionu, 16:00
“Quba” – “Şirvan” Hakimlər: Nəriman Ağayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Xəlil Xəlilov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA: Rüfət Əmirov Quba OİK stadionu, 16:00
“Şəki Siti” – “Araz Saatlı” Hakimlər: Kamil Aydınov, Elvin Mədətov, Ağadur Mahmudov, Samir Hüseynov Hakim-inspektor: Rövşən Əhmədov AFFA: Mahal Məmmədov Zaqatala OİK stadionu, 16:30
“Qaradağ Lökbatan” – “Şəmkir” Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Pərviz İbrahimov Hakim-inspektor: Munis Abdullayev AFFA müalicəsi: Yavər Rəhimov Lökbatan OİK stadionu, 16:30
