Azərbaycan II Liqasında 22-ci tur başlayır.
Fanat.Az xəbər verir ki, turun ilk günündə 3 oyun keçiriləcək.
Əvvəlcə "Araz Saatlı" ilə "Göygöl" üz-üzə gələcək. Digər iki qarşılaşma isə yarım saat gec start götürəcək. “Ağdaş” “Kür-Araz”ı, "Şəmkir" isə "Şirvan"ı qonaq edəcək.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Azərbaycan II Liqası XXII tur 13 aprel
“Araz Saatlı” – “Göygöl” Hakimlər: Nahid Xasıyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: İlham Əliyev Saatlı. Olimpiya İdman Kompleksinin stadionu, 15:30
“Ağdaş” – “Kür-Araz” Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Xalid Quliyev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Yavər Rəhimov Ağdaş şəhər stadionu, 16:00
“Şəmkir” – “Şirvan” Hakimlər: Sənan Bayramzadə, Taleh Məmmədov, Ağadur Mahmudov, Nail Nağıyev Hakim-inspektor: Orxan Məmmədov AFFA nümayəndəsi: Eldar Məmmədov Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu, 16:00