Gimarayns son 40 ildə ilk belə braziliyalıdır

Gimarayns son 40 ildə ilk belə braziliyalıdır

Dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində hazırda Braziliya və Norveç milliləri arasında keçirilən oyunun 14-cü dəqiqəsində cənubi amerikalıların penaltidən yararlana bilməyən yarımmüdafiəçisi Bruno Qimarayns maraqlı statistik göstərici ilə diqqət çəkib.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, o, son 40 ildə dünya çempionatlarında oyunun gedişində (penalti seriyası nəzərə alınmır) 11 metrlik məsafədən rəqib qapısına yol tapmağı bacarmayan ilk braziliyalı olub.

Daha öncə DÇ-1986-da Ziko Fransa yığmasına qarşı görüşdə penaltini boşa vermişdi. Həmin oyun "xoruzlar"ın qələbəsi ilə yekunlaşmışdı - 1:1, penaltilər - 4:3.

Qeyd edək ki, Braziliya - Norveç matçında hesab açılmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər