Əsgərov media nümayəndələri ilə görüşəcək

Əsgərov media nümayəndələri ilə görüşəcək

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərovun Andorra ilə oyundan əvvəl mətbuat konfransının vaxtı açıqlanıb.

Fanat.Az xəbər verir ki, DÇ-2027-nin seçmə mərhələsinin C qrupunda yer alan yığma 4-cü tur çərçivəsində ev oyununa 18 apreldə çıxacaq. 

Millinin baş məqşçisi oyundan bir gün əvvəl saat 17:15-də jurnalistlərlə görüşəcək. Komandanın son məşqi isə həmin gün saat 18:00-da baş tutacaq.

Azərbaycan - Andorra oyunu aprelin 18-də Masazırdakı "Bank Republika Arena"da keçiriləcək və saat 17:00-da başlayacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər