Dünya çempionu vətəninə döndü - RƏSMİ

Dünya çempionu vətəninə döndü - RƏSMİ

Argentina millisi ilə dünya çempionu Nikolas Otamendi karyerasını vətənində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 38 yaşlı müdafiəçi "River Pleyt" klubu ilə müqavilə imzalayıb. 

Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.

Dünya çempionu vətəninə döndü - RƏSMİ

Otamendi Portuqaliyanın "Benfika" klubundan ayrılaraq azad agent statusu alıb. Onun "River Pleyt" ilə müqaviləsinin müddəti 31 dekabr 2027-ci ilə qədər nəzərdə tutulub.

Otamendi 2020-ci ildən bəri "Benfika"da oynayır. O, Portuqaliya klubunda 281 oyun keçirib, Portuqaliya çempionluğunu, Portuqaliya Kubokunu və iki Portuqaliya Super Kubokunu qazanıb.

Argentinalı futbolçu yeni komandasına iyul ayında - dünya çempionatından sonra qoşulacaq. Hazırkı dünya çempionları mundialda J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə qarşılaşacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər