Dimarko İtaliya futbolunun tarixinə düşdü - Rekord

Dimarko İtaliya futbolunun tarixinə düşdü - Rekord

İtaliya A Seriyasının 33-cü turunda "Kalyari" ilə qarşılaşan "İnter" rəqibini böyük hesabla (3:0) məğlub edib.

Fanat.Az xəbər verir ki, turnir cədvəlinin zirvəsində möhkəmlənən milanlıların sol cinah müdafiəçisi Federiko Dimarko ötən axşam tarixi rekorda imza atıb. 

28 yaşlı futbolçu növbəti məhsuldar ötürmə edib. O, oyunun 52-ci dəqiqəsində "Nerazzurri"yə hesabda irəli çıxmağa imkan verən qolun müəllifi Markus Türamın fərqlənməsinə şərait yaradıb. Beləliklə, italiyalı müdafiəçi cari Seriya A mövsümündə müəllifi olduğu məhsuldar ötürmələrin sayını 16-ya çatdırıb ki, bu da çempionatın rekorduna bərabərdir. Əvvəllər bu rekord "Atalanta"da eyni nailiyyətə imza atan Alexandro Qomesə məxsus idi. 

"İnter" ikinci yerdəki "Napoli" üzərindəki üstünlüyünü 12 xala çatdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər