DÇ-2026: Son 24 saatda mundialda qələbə qazanan olmadı

DÇ-2026:  Son 24 saatda mundialda qələbə qazanan olmadı

Dünya çempionatında daha iki qrupda ilk turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, H qrupunda Səudiyyə Ərəbistanı millisi ilə Uruqvay üz-üzə gəlib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.  Qeyd edək ki, H qrupunun ilk oyununda İspaniya Kabo-Verde adaları ilə 0:0 hesablı heç-heçə edib.

G qrupunda İran və Yeni Zelandiya milliləri arasındakı matç da məhsuldar sülhlə başa çatıb.

Yeni zellandiyalılar hesabda iki dəfə önə keçsə də, cənub qonşumuz hər dəfə bərabərliyi təmin edərək görüşdən 2:2 bərabərliklə ayrıla bilib.  Qeyd edək ki, qrupun digər oyununda Belçika ilə Misir komandaları arasında keçirilən matç 1:1 yekunlaşmışdı.

DÇ-2026 1-ci tur, 16 iyun

G qrupu

Səudiyyə Ərəbistanı - Uruqvay Qollar: Alamri, 41 — Maksi Arauxo, 80.

H qrupu 

İran - Yeni Zellandiya 2:2 Qollar: Rezaeyan, 32, Mohebbi, 64 - Just, 7; 5.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər