DÇ-2026: Portuqaliya ilk sınağına çıxır, İngiltərə Xorvatiyaya qarşı

DÇ-2026: Portuqaliya ilk sınağına çıxır, İngiltərə Xorvatiyaya qarşı

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1-ci turun növbəti oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, əvvəlcə K qrupunda Portuqaliya Konqo DR ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunu Qətərdən olan Abdulrahman Al-Jassim idarə edəcək. 

Gecəyarısı isə L qrupunda İngiltərə ilə Xorvatiya üz-üzə gələcəklər. Günün mərkəzi oyununda ədaləti fransalı referi Klement Turpin qoruyacaq.

Qeyd edək ki, K və L qruplarında digər qarşılaşmaları (müvafiq olaraq 03:00. Qana - Panama və 06:00. Özbəkistan – Kolumbiya) iyunun 17-dən 18-nə keçən gecə baş tutacaq və bununla da mundialda ilk tura yekun vurulacaq.

DÇ-2026 1-ci tur, 17 iyun 

K qrupu

21:00. Portuqaliya - DR Konqo Baş hakim: Abdulrahman Al-Jassim (Qətər). Hyuston. "NRG Stadium".

L qrupu

00:00. İngiltərə – Xorvatiya Baş hakim: Klement Turpin (Fransa). Arlinqton. "AT&T Stadium".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər