DÇ-2026: Okeanın o tayındakı məhsuldarlıq göz oxşayır - İlk turun statistikası

DÇ-2026: Okeanın o tayındakı məhsuldarlıq göz oxşayır - İlk turun statistikası

ABŞ, Meksika və Kanadada keçirilən DÇ-2026 davam edir. 

Fanat.Az xəbər verir ki, 11 iyunda başlayan mundialda artıq ilk tur geridə qalıb. 

Keçirilən 24 oyundan 9-da heç-heçə qeydə alınıb. Mundialın məhsuldarlığından isə şikayətlənməyə dəyməz. Hər halda, ilk turda azarkeşlər 75 qola şahid olublar ki, bu da orta hesabla hər matçda təxminən 3,13 qol deməkdir. Mundialın ilk həftəsində cəmi bir görüşdə (İspaniya - Kabo-Verde) qol səsinin eşidilmədiyini vurğulayaq.

Qrup mərhələsinin ilk turunda qeydə alınan nəticələri və turnir cədvəlini diqqətinizə çatdırırıq:

DÇ-2026 1-ci tur

A qrupu

Meksika – Cənubi Afrika 2:0 Cənubi Koreya – Çexiya 2:1

1. Meksika - 3 xal; 2. Cənubi Koreya - 3 xal; 3. Çexiya - 0 xal; 4. Cənubi Afrika - 0 xal.

B qrupu

Kanada – Bosniya və Herseqovina 1:1 Qətər – İsveçrə 1:1

1. İsveçrə - 1 xal; 2. Bosniya və Herseqovina - 1 xal; 3. Kanada - 1 xal; 4. Qətər - 1 xal.

C qrupu

Braziliya – Mərakeş 1:1 Haiti – Şotlandiya 0:1

1. Şotlandiya - 3 xal; 2. Mərakeş - 1 xal; 3. Braziliya - 1 xal; 4. Haiti - 0 xal.

D qrupu

ABŞ – Paraqvay 4:1 Avstraliya – Türkiyə 2:0

1. ABŞ - 3 xal; 2. Avstraliya - 3 xal; 3. Türkiyə - 0 xal; 4. Paraqvay - 0 xal.

E qrupu

Almaniya - Kurasao 7:1 Fil Dişi Sahili - Ekvador 1:0

1. Almaniya - 3 xal; 2. Fil Dişi Sahili - 3 xal; 3. Ekvador - 0 xal; 4. Kurasao - 0 xal.

F qrupu

Niderland - Yaponiya 2:2 İsveç - Tunis 5:1

1. İsveç - 3 xal; 2. Yaponiya - 1 xal; 3. Niderland - 1 xal; 4. Tunis - 0 xal.

G qrupu

İran - Yeni Zelandiya 2:2 Belçika - Misir 1:1

1. Yeni Zelandiya - 1 xal; 2. İran - 1 xal; 3. Belçika - 1 xal; 4. Misir - 1 xal.

H qrupu

İspaniya - Kabo-Verde 0:0 Səudiyyə Ərəbistanı - Uruqvay 1:1

1. Uruqvay - 1 xal; 2. Səudiyyə Ərəbistanı - 1 xal; 3. İspaniya - 1 xal; 4. Kabo-Verde - 1 xal.

I qrupu

Fransa - Seneqal 3:1 İraq - Norveç 1:4

1. Norveç - 3 xal; 2. Fransa - 3 xal; 3. Seneqal - 0 xal; 4. İraq - 0 xal.

J qrupu

Argentina - Əlcəzair 3:0 Avstriya - İordaniya 3:1

1. Argentina - 3 xal; 2. Avstriya - 3 xal; 3. İordaniya - 0 xal; 4. Əlcəzair - 0 xal.

K qrupu

Portuqaliya - Konqo DR 1:1 Özbəkistan - Kolumbiya 1:3

1. Kolumbiya - 3 xal; 2. Konqo DR - 1 xal; 3. Portuqaliya - 1 xal; 4. Özbəkistan - 0 xal.

L qrupu

İngiltərə - Xorvatiya 4:2 Qana - Panama 1:0

1. İngiltərə - 3 xal; 2. Qana - 3 xal; 3. Panama - 0 xal; 4. Xorvatiya - 0. 

Dünya çempionatına 19 iyulda yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər