DÇ-2026: Niderland Yaponiyayla bacarmadı, İsveç darmadağınla başladı

DÇ-2026: Niderland Yaponiyayla bacarmadı, İsveç darmadağınla başladı

Futbol üzrə dünya çempionatında daha üç oyun keçirilib.

Fanat.Az xəbər verir ki, F qrupunda iki, E qrupunda isə bir qarşılaşma baş tutub.

Niderland ilə Yaponiyanın dueli məhsuldar alınıb. Tərəflər 4 qolun vurulduğu oyunda heç-heçəyə razılaşıblar. Fil Dişi Sahili Ekvador üzərində minimal, İsveç isə Tunislə görüşdə böyük hesablı qələbə qazanıb.

Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.

DÇ-2026 1-ci tur, 15 iyun

F qrupu

Niderland – Yaponiya 2:2 Qollar: Van Deyk, 51, Sammervil, 64 - Nakamura, 57, Kamada, 89.

İsveç – Tunis 5:1 Qollar: Ayari, 7; 90+6. İsak, 30. Dyökeres, 59, Svanberq, 86 - Rekik, 43.

E qrupu

Fil Dişi Sahili – Ekvador 1:0 Qol: Diallo, 90.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər