DÇ-2026: Niderland İsveçlə qarşılaşır, Almaniya afrikalılarla üz-üzə

DÇ-2026: Niderland İsveçlə qarşılaşır, Almaniya afrikalılarla üz-üzə

ABŞ, Kanada və Meksikada təşkil olunan sayca 23-cü dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun keçiriləcək.

Əvvəlcə F qrupunda mübarizə aparan Niderland və İsveç milliləri üz-üzə gələcəklər. ABŞ-də baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəəck.

E qrupunda isə Almaniya millisi Fil Dişi Sahili yığmasını sınağa çəkəcək. Bakı vaxtı ilə 00:00-da Kanadada qarşılaşacaq komandaların duelində ədaləti paraqvaylı hakim qoruyacaq.

Xatırladaq ki, iyunun 11-də başlayan mundiala iyulun 19-da yekun vurulacaq.

DÇ-2026 2-ci tur, 20 iyun

F qrupu

21:00. Niderland - İsveç Baş hakim: Maykl Oliver (İngiltərə). Hyuston (ABŞ). "En-Er-Ji Stadium".

E qrupu   00:00. Almaniya - Fil Dişi Sahili Baş hakim: Xuan Qabriel Benites (Paraqvay). Toronto (Kanada). "Bi-Em-O Fild".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər