DÇ-2026: Mundialda 2-ci tur başlayır

DÇ-2026: Mundialda 2-ci tur başlayır

Futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün mundialda 2-ci tur start götürəcək.

Əvvəlcə A qrupunda yarışan Çexiya ilə Cənubi Afrika Respublikası (CAR) üz-üzə gələcək. Atlantada təşkil olunacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq qarşılaşmanı ABŞ-dən olan hakim Tori Penso idarə edəcək.

Xatırladaq ki, Çexiya ilk turda Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə uduzub.

Günün digər qarşılaşması da ABŞ-də baş tutacaq. B qrupunda mübarizə aparan İsveçrə ilə Bosniya və Herseqovina saat 23:00-da qarşılaşacaqlar. Portuqaliyalı referi Joau Pedru ədaləti qoruyacaq.

Hər iki komanda ilk turda 1:1-lik heç-heçəyə razılaşıb. İsveçrə Qətərlə, bosniyalılar isə Kanada ilə sülh bağlayıb.

DÇ-2026 2-ci tur, 18 iyun

A qrupu

20:00. Çexiya – Cənubi Afrika Baş hakim: Tori Penso (ABŞ). Atlanta (ABŞ). "Mercedes-Benz" stadionu.

B qrupu

23:00. İsveçrə – Bosniya və Herseqovina Baş hakim: Joau Pedru (Portuqaliya). İnqlvud (ABŞ). "So-Fi" stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər