DÇ-2026: Misirdən əzmkar qələbə, Uruqvay debütantla bacarmadı

DÇ-2026:  Misirdən əzmkar qələbə, Uruqvay debütantla bacarmadı

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, ötən gecə mundialda daha iki oyun baş tutub. 

Hər iki matçda 4 qol qeydə alınıb. 

H qrupunda Uruqvay - Kabo Verde görüşündə qalib müəyyənləşməyib. Debütantlar adlı-sanlı rəqibini büdrətməyi bacarıblar. 

G qrupunda isə Yeni Zelandiya ilə Misirlə üz-üzə gəlib. Məhəmməd Salahın komandası hesabda geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanmağı bacarıb. 

DÇ-2026 2-ci tur 22 iyun

H qrupu

Uruqvay - Kabo Verde 2:2 Qollar: Maksimiliano Araujo, 44. Aqustin Kanobbio, 45+6 – Kevi Pina, 21. Varela, 61.

G qrupu

Yeni Zelandiya - Misir 1:3 Qollar: Finn Surman, 15 -  Mustafa Ziko, 58. Məhəmməd Salah, 67. Trezeqe, 82.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-də başlayıb. Mundialdakı mübarizə 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər