DÇ-2026: Mbappe ilə Holandın dublu komandalarına qələbə qazandırdı, Əlcəzair geridönüşü bacardı

DÇ-2026: Mbappe ilə Holandın dublu komandalarına qələbə qazandırdı, Əlcəzair geridönüşü bacardı

Futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, qrup mərhələsinin ikinci turu çərçivəsində daha üç matç baş tutub.

I qrupunda Fransa İraqı, Norveç isə Seneqalı sınağa çəkib. Hər iki görüşdə avropalılar qələbəni bayram ediblər.

J qrupunda isə tura İordaniya - Əlcəzair matçı ilə yekun vurulub. Afrikalılar oyundan əzmkar qalibiyyətlə ayrılıblar.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.

DÇ-2026 2-ci tur

23 iyun

I qrupu

Fransa  - İraq 3:0 Qollar: Kilian Mbappe, 14; 54. Usman Dembele, 66. 

Norveç - Seneqal 3:2 Qollar: Markus Pedersen, 43. Erlinq Holand, 48; 58 - İsmaila Sarr, 53; 90+3.

J qrupu

İordaniya - Əlcəzair 1:2 Qollar: Əl Rəşdan, 36 - Nadir Benbuali, 69. Amin Quiri, 82.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər