DÇ-2026: Kanada Qətərin "daşını daş üstə qoymadı", Meksikaya 1 qol bəs etdi

DÇ-2026: Kanada Qətərin "daşını daş üstə qoymadı", Meksikaya 1 qol bəs etdi

ABŞ, Kanada və Meksikada təşkil olunan dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, daha 2 oyun keçirilib.

Gecə baş tutan görüşlər turnirin ev sahiblərinin iştirakı ilə baş tutub.  Kanada Qətər ilə üz-üzə gəlib və DÇ-2022-nin təşkilatçısını meydana çıxmağına peşman edib - 6:0. 

Meksika isə Cənubi Koreyanı sınağa çəkib. Bu görüşün taleyini isə 1 qol müəyyənləşdirib. Meksika minimal hesablı qələbə sayəsində qrup liderliyini və pley-offa vəsiqəni təmin edib. 

DÇ-2026 2-ci tur, 19 iyun

B qrupu

Kanada – Qətər 6:0 Qollar: C.Devid, 25; 45+3; 90+2. N.Saliba, 64. M.Əl-Mannai, 75-öz qapısına. 

A qrupu

Meksika – Cənubi Koreya 1:0 Qol: L.Romo, 60.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər