DÇ-2026: Fransa Seneqal millisi ilə qarşılaşır

DÇ-2026: Fransa Seneqal millisi ilə qarşılaşır

Futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün I qrupunda mübarizə start götürəcək.

Qrupun ilk oyununda turnirin favoritlərindən olan Fransa Seneqalı qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək və iranlı baş hakim Əlirza Fəqani tərəfindən idarə olunacaq.

Bu qrupda yer alan Norveç və İraq milli komandaları 17 iyunda Bakı vaxtı ilə 02:00-da üz-üzə gələcəklər.

Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.

DÇ-2026 1-ci tur, 16 iyun 

İ qrupu

23.00. Fransa - Seneqal Baş hakim: Əlirza Fəqani (İran). Nyu-Cersi Stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər