DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

DÇ-2026: Çexiya koreyalılarla bacarmadı

Ötən gecə start götürən futbol üzrə 2026-cı il dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, mundialın ikinci oyun günündə daha bir matç baş tutub. 

A qrupunda Cənubi Koreya və Çexiya milliləri üz-üzə gəliblər.

Dueldən asiyalılar qalib ayrılıblar. Cənubi Koreya əzmkar qələbəyə sevinib. 

Qeyd edək ki, 3 ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala 19 iyulda yekun vurulacaq.

DÇ-2026 A qrupu, 1-ci tur 12 iyun

Cənubi Koreya – Çexiya 2:1 Qollar: Xvan İn-Bom, 67. Oh Hyeon-Gyu, 80 - Kreyçiy, 59.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər