DÇ-2026: Braziliyadan darmadağın, Türkiyə azlıqda qalan rəqibinə uduzdu

DÇ-2026: Braziliyadan darmadağın, Türkiyə azlıqda qalan rəqibinə uduzdu

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, C və D qruplarında 2-ci turun üç oyunu keçirilib. 

C qrupunda Şotlandiya Mərakeşlə, Braziliya isə Haiti iıə qarşılaşıb. Mərakeş avropalılara minimal hesabla qalib gəlibsə, Braziliya darmadağına reallaşdırıb. 

Türkiyə isə Paraqvay millisi ilə üz-üzə gəlib. "Ay-ulduzlular" ilk yarının sonundan azlıqda mübarizə aparan rəqibinə uduzaraq pley-off şanslarını erkən itiriblər.

DÇ-2026 2-ci tur, 20 iyun

C qrupu

Şotlandiya - Mərakeş 0:1 Qol: İ.Saybari, 2.

Braziliya - Haiti 3:0 Qollar: M.Kunya, 23; 36. J.Vinisius, 45+3. 

D qrupu

Türkiyə - Paraqvay 0:1 Qol: M.Qalarza, 2. Qırmızı vərəqə: M.Almiron, 45+3 (Paraqvay).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər